Yanvarın 31-də Prezident Kitabxanasının illik fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib. Şöbə müdirləri hesabat ili ərzində görülən işlər barədə hesabatlarını təqdim ediblər. Kitabxananın elmi katibi Kəmalə Sarıcalinskaya tədbirlər planı əsasında il ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Elmi katib kitabxana fondunun zənginləşdirilməsi, xidmət sahəsində görülən işlər, icra olunan layihələr, keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Kitabxananın direktoru Mayıl Əhmədov hesabat ili ərzində görülən işləri ümumiləşdirib və 2018-ci il ərzində qarşıda duran vəzifələri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Ötən il ərzində kitabxanada görülən işlər qənaətbəxş hesab edilib.