17 noyabr 2016-cı il tarixində Prezident Kitabxanasının Konfrans zalında görkəmli kitabxanaşünas alim, tarix elmləri doktoru, professor Abuzər Xələfovla kitabxana kollektivinin görüşü keçirilmişdir.
Görüşü giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov görkəmli alimin 85 illik zəngin həyat yolu barəsində danışmış, yubilyara Prezident Kitabxanasının adından hədiyyələr təqdim etmişdir. Görüşdə BDU-nun kitabxanaçılıq–informasiya fakültəsinin və ölkənin aparıcı kitabxanalarının nümayəndələri də iştirak etmişlər.