Dekabrın 12-də Prezident Kitabxanasının kollektivi Ümummilli liderin kitabxananın foyesindəki büstünün ətrafına gül-çiçək dəstələri qoyaraq onun əziz xatirəsini yad etdilər.
Sonra Konfrans zalında dahi şəxsiyyətin həyatı və fəaliyyətini müxtəlif məqamları əks etdirilən film nümayiş olundu.
Kitabxananın direktoru Mayıl Əhmədov Ümummilli liderin həyatı və fəaliyyətinin müxtəlif məqamları haqqında danışdı. Kitabxananın “Heydər Əliyev. Elektron Sənədlər Toplusu” layihəsini dahi şəxsiyyətin zəngin irsinin toplanması və təbliğı sahəsindəki əhəmiyyətini, onun bəzi bölmələrinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğuladı. Bu layihədə Heydər Əliyevlə bağlı müxtəlif dillərdə olan bütün materialların toplanaraq oxuculara çatdırılması qərara alındı.