2019-cu il iyunun 25-də Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası  Kitabxanasının direktoru Amerxan Raximjanovun başçılıq etdiyi nümayəndə heyəti Prezident Kitabxanasında olmuşdur. Kitabxananın direktoru Mayıl Əhmədov görülən işlər barəsində qonaqlara ətraflı məlumat vermiş, bu cür görüşlərin kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsində və təcrübə mübadiləsinin həyata keçirilməsində böyük əhəmiyyəti olduğunu vurğulamışdır. Nümayəndə heyətinin rəhbəri A.Raximjanov başçılıq etdiyi kollektivin gördüyü işlər haqqında ətraflı məlumat vermişdir. Hər iki kitabxana arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barəsində ümumi razılığa gəlinmişdir.

https://azertag.az/xeber/Qazaxistan_Respublikasinin_Birinci_Prezidentinin___Elbasi_Kitabxanasinin_direktoru_Prezident_Kitabxanasinda_olub-1299215
http://presidentlibrary.kz/ru/news/vizit-v-baku-delegaciya-biblioteki-elbasy-posetila-prezidentskuyu-biblioteku-azerbaydzhana