17 yanvar 2020-ci il tarixində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Prezident Kitabxanasında nümayiş etdirilən foto və kitab sərgisinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan, ingilis və rus dillərində hazırlanan “20 Yanvar. Təcavüz. 1990” elektron resursun yenilənmiş versiyası da təqdim edilib.
Tədbirdə Bakının 6, 8 və 23 saylı tam orta məktəblərinin bir qrup şagirdlərinin, dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə əvvəlcə Kitabxananın Böyük oxu zalında 20 Yanvar qurbanlarının xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Sonra tədbir iştirakçıları foto və kitab sərgisi ilə də tanış olublar.
Tədbir kitabxana əməkdaşlarının hazırladıqları “20 Yanvar. Təcavüz. 1990” elektron resursun yenilənmiş versiyasının təqdimatı ilə başa çatmışdır.