26 oktyabr 2018-ci il VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində üç kitabxana – B. N. Yeltsin adına Prezident kitabxanası, M. F. Axundov adına Azərbaycan Milli kitabxanası və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası arasında videokonfrans keçirilib. Hər iki tərəfdən “Azərbaycan-Rusiya: Ümumi tarixin səhifələri” kolleksiyası üzərində görülən işlər barədə məlumat verilib. Konfrans dostluq və səmimilik şəraitində keçmiş və bu layihə üzərində işi davam etdirmək qərara alınmışdır.