Prezident Kitabxanasının Böyük oxu zalında görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi ilə əlaqədar olaraq kitab sərgisi açılmışdır.
Sərgidə Aida xanım İmanquliyevanın Kitabxananın fondunda saxlanılan müxtəlif dillərdə olan kitabları, onun həyat və elmi fəaliyyətinin tədqiqinə dair nəşrlər, jurnal və qəzet nüsxələri nümayiş etdirilir.