E-Layihələr – bütün layihələr »
Tarixdən səhifələr – Aprel »
Azərbaycanın görkəmli hərbi xadimi, general Əliağa Şıxlınski
Əliağa İsmayıl ağa oğlu Şıxlınski 1865-ci il, aprel ayının 23-də Qazax qəzasının Qazaxlı kəndində anadan olub. 1876-cı ildə Tiflisdə özəl gimnaziya, 1883-cü ildə Tiflis hərbi gimnaziyasını, 1886-cı ildə Peterburqda artilleriya məktəbini bitirmişdir. Aleksandropoldakı (Gümrü) 39-cu topçu briqadasına təyinat alaraq, 1900-cü ilədək bu briqadada xidmət etmiş, kapitan rütbəsinə qədər yüksəlmişdir. 1900-cü ildə Zabaykalye əlahiddə artilleriya diviziyasına göndəriş alan Şıxlinski 1902-ci ilin mayında müvəqqəti olaraq, Peterburqa 6 aylıq kursa göndərilmiş Səməd bəy Mehmandarovun yerinə 2-ci batareya komandiri vəzifəsinin icraçısı təyin edilmişdi.
Yeni kitablar – bütün kitablar »
Xatirə kitabı – bütün xatirələr »
Prezident Kitabxanası mənim Azərbaycanda gördüyüm ən yaddaqalan kitabxanadır. O, gözəldir, yaxşı təşkil olunmuşdur və düzgün idarə edilir.
Sizin isti qonaqpərvərliyinizə görə təşəkkürlər. Sizin kitabxananıza və Azərbaycanda kitabxana işinin inkişafına ən yaxşı arzularla.
Necə də gözəl kitabxana və işçi heyətidir. Qısa bir zamanda bu həcmdə işin görülməsi xoş təəssürat bağışlayır. Buraya tezliklə qayıtmağa ümid edir və bu kitabxana ilə əməkdaşlığı arzulayıram.
Respublikada analoqu olmayan bir kitabxana yaratmısınız. Əhsən! Bir mütəxəssis kimi Sizin işinizlə fərəhlənirəm.
Kitabxanadan istifadə:
- Prezident Kitabxanasının oxu zallarından şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi və ya pasport, şəxsi vəsiqə, hərbi bilet) olan Azərbaycan və xarici ölkə vətəndaşları istifadə edə bilər.
- Kitabxananın saytında olan bütün resurslar (elektron layihələr, elektron kitablar, biblioqrafik göstəricilər, məlumat bülletenləri) internet istifadəçıləri üçün açıqdır.
- Abonementdən yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İşlər İdarəsinin və tabeliyindəki qurumların əməkdaşları istifadə edə bilərlər.